SOCAR: Yanğının ətraf platformalara yayılma təhlükəsi yoxdur
Bizi izləyin

Qırmızı.az

SOCAR: Yanğının ətraf platformalara yayılma təhlükəsi yoxdur

“Xəzər dənizində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğının ətraf platformalara heç bir təhlükəsi yoxdur”.

Publika.az-ın məlumatına görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.

Yanğın baş verən platforma ilə ətraf platformalar arasında ən azı 1000 metr məsafə olduğunu diqqətə çatdıran B.Ağarəhimov qeyd edib ki, yanan platformanın ətraf platformalarda da yanğın törətmə ehtimalı mümkünsüzdür. “Küləyin sürəti nə qədər çox olsa belə, yanğının ətraf platformalara gəlib çatması inandırıcı deyil”.

B.Ağarəhimov deyib ki, baş verən yanğından öncə güclü küləyin olacağı barədə pltaforma işçilərinə məlumat verilib: “Dekabrın 3-dən etibarən biz küləyin nə qədər güclü olacağını bildiyimiz üçün bütün yerlərə məlumat vermişik. Yəni, bu, birinci dəfə deyil. Bizdə qayda belədir ki, dənizdə küləyin sürəti qalxandan sonra orada heç bir iş görülmür. Bu, Əmək Məcəlləsində də qeyd olunur”.

O əlavə edib ki, cəsədlər yanğın baş verən ərazidən təqribən 25 kilometr kənarda tapılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm