İtkin düşən neftçinin son sözü: Qayıtmasam, bağışla - VİDEO
Bizi izləyin

Qırmızı.az

İtkin düşən neftçinin son sözü: Qayıtmasam, bağışla - VİDEO

"Qayıtmasam, məni bağışla”- İtkin düşən neftçinin həyat yoldaşına etdiyi sonuncu telefon zəngində son sözləri belə olub.

Publika.az Region TV-yə istinadən xəbər verir ki, Şirvan şəhərindən olan Bayram Mirzəağa oğlu Qasımov “Günəşli” neft yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğında itkin düşənlərdən biridir. Yaxınlarının bildirdiyinə görə, hadisə günü həyat yoldaşına zəng edən Bayram Qasımov həyəcanlı olub.

”Yoldaşına deyib ki, uşaqlardan muğayat ol. Elə bu zaman qışqırıq olub. Yoldaşı deyir ki, qışqırıq oldu, sonra səs kəsildi” - deyə Bayram Qasımovun qohumları bildiriblər.



Bayram valideynlərinin yeganə övladı olub. 3 övlad atası olan 37 yaşlı neftçi ailəsini alın təri ilə dolandırırmış.”

"15 gün işləyirdi, dənizdə olurdu. 15 gün gəlirdi. Ailəni o dolandırırdı. Anası rəhmətə gedib, atasının ili də təzə çıxıb” - deyə Bayram Qasımovun qohumları vurğulayıblar.



Neftçinin böyük övladı Məmmədağa 15, ortancıl oğlu Nurlan 11, ailənin sonbeşiyi Məleykə isə 6 yaşındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm