Qırmızı.az
Bakcell-dən yeni müqavilə
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Böyük Britaniyanın şirkəti ilə yeni əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq “Applab” layihəsində iştirak edən startaplara “Telefónica Group” şikətinin sahibkarlıq və innovasiyalara aid olan bütün təşəbbüslərini birləşdirən “Telefónica OpenFuture” proqramı vasitəsilə mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı verəcək.
Bakcell şirkətinin məqsədi əsasən mobil proqram sahəsində fəaliyyət göstərən Azərbaycan startaplarının miqyasının və kommersiya imkanlarının artırılmasıdır. 60-dan çox dövlət və qeyri-dövlət proqramları ilə tərəfdaşlıq müqaviləsi olan, 17 ölkədə 600-ə yaxın biznesə 500 milyon avrodan çox vəsait yatıran “Telefonica OpenFuture” şəbəkəsi inkişafa təkan vermək məqsədilə yeni ideyaların yaranması və imkanların artırılmasına yönəlmiş qlobal şəbəkə yaratmaq fikrindədir. Bu tərəfdaşlıq Wayra UK üçün inkişaf etməkdə olan texnoloji şəbəkənin sahibkar istedadlarına çıxış imkanları yaradacaq.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Otən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.
“Bakcell şirkəti 3 ildən artıq bir müddət ərzində müxtəlif tədbirlər və müsabiqələr vasitəsilə Azərbaycanda mobil applikasiyaların yaradılmasını dəstəkləyib. Biz “Applab” layihəsini gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində istifadəyə verdik. Bu il isə “Telefónica Open Future” və “Wayra UK” ilə əməkdaşlığa başlamaqla biz bu sahədəki öhdəliyimizi daha da irəliyə aparmaq istəyirik. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməyimizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarları cəlb edəcək. Bu cür proqramların idarə olunmasında “Wayra”nın geniş təcrübəsi var. Wayra həmçinin bizə qlobal istedadlara və biznes partnyorlara çıxış imkanı verə biləcək ekspert və mentorlar bazasına malikdir. Onlar Applab məzunları ilə öz dəyərli təcrübələrini bölüşə bilrələr”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Azərbaycanda startap sahəsində bum yaşanır. Ötən iki il ərzində həm ictimai, həm özəl sektor səkkiz inkubator mərkəzi açmaqla və rəqəmsal məlumatlılığın təşviqinə investisiya yatırmaqla innovativ ideyaların genişlənməsinə dəstək göstəriblər”, - deyə Wayra UK şirkətinin direktoru Qari Stiuart (Gary Stewart) bildirib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
***
Wayra UK haqqında
Wayra UK seçilmiş startaplara birbaşa maliyyələşdirmə və sürətləndirmə dəstəyi (birgə işləmək üçün mühit, əlaqələndirmə xidmətləri, mentorluq, Wayra-nın şəbəkəsi və “nou-hau”larına keçid, sahibkarlıq və biznes bilikləri üzrə təlimlər və s.) göstərir. Wayra UK şirkətlərdə bərabərlik payı müqabilində 50.000 ABŞ dolları həcmində maliyyə yatırımı və əlavə olaraq 70.000 ABŞ dolları dəyərində sürətləndirmə xidmətlərini və ya yerli valyuta ilə eyni ekvivalentdə məbləği təqdim edir. Yarandığı gündən etibarən dörd il ərzində Wayra 20-dən çox rəqəmsal sənayedə fəaliyyət göstərən 500-dən çox şirkət portfelinə malik olub. “Telefónica” tərəfindən təqdim olunan 18 milyon avrodan artıq məbləğlə yanaşı, Wayra startaplarına üçüncü tərəflər (dövlət və qeyri dövlət strukturları) tərəfindən 61 milyon avrodan çox vəsait yatırılıb. Hazırda portfeldə olan bütün şirkətlərin ümumilikdə maliyyə dəyəri 500 milyondan artıqdır. Wayra ümumilikdə “Telefónica Group” ilə əlaqəli sahibkarlıq və innovasiyaya aidiyyatı olan müxtəlif təşəbbüsləri özündə birləşdirən “Telefonica OpenFuture” açıq proqramının tərkib hissəsidir. Daha ətraflı məlumat üçün keçid: www.wayra.co.uk
***
Telefonica OpenFuture haqqında
“Telefónica OpenFuture” istedad və sahibkarlığın inkişafı istiqamətində “Telefónica”nın qlobal səviyyədə olan öhdəliyidir. 2014-cü ildən etibarən o, “Telefónica”nın açıq innovasiya təşəbbüsləri, müxtəlif fəaliyyətləri (Think Big, Talentum, Wayra, Telefónica Ventures, Amerigo and CIP´s açıq innovasiya fabrikləri fondu və birgə fəaliyyət məkanları) və layihə qruplarının koordinasiyası ilə məşğuldur. “Telefónica OpenFuture” fəaliyyətinin istənilən mərhələsində texnoloji yeniliklərə meyli olan, dövlət və qeyri-dövlət qurumları ilə tərəfdaşlıq edən və ya müstəqil çalışan insanlar və şirkətlərə maliyyə dəstəyi göstərməklə onları gücləndirir. Latın Amerikası, Avropa və Asiyada yerləşən 17 ölkədəki ofisləri və 600-dən çox startapları olan investisiya portfeli ilə Telefónica OpenFuture innovativ ideyaları müvəffəqiyyətli bizneslərə çevirməyə kömək edir. Daha ətraflı məlumat üçün keçid: www.openfuture.org
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı