Qırmızı.az
Azərbaycanda qəza: 3 yaralı
Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verən hadisədə rayonun Uzunqazmalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamal Əmrah oğlu Heydərov idarə etdiyi “VAZ 2107” markalı, 10 ES 137 dövlət nişanlı avtomobillə Zaqataladan Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, maşını yolun kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində sürücü Kamal Heydərov, avtomobildə olan sərnişinlər, Donbabinə kənd sakinləri -1991-ci il təvəllüdlü Günel Ramiz qızı Şabanova və 1994-cü il təvəllüdlü İranə İlham qızı Dadalova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan Günel Şabanovanın vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən digər yaralılar Kamal Heydərov və İranə Dadalovanın isə vəziyyətləri orta-ağır hesab olunur.
Fakla bağlı rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır./Anspress
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...