• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Süd kimi ağ oğurluq - Bakı və Sumqayıtda…

Süd kimi ağ oğurluq - Bakı və Sumqayıtda…

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Abşeron rayonu Novxanı kəndində fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərdən biri öz məhsullarını Binəqədi rayonunda fəaliyyət göstərən “Uzun ömür” süd məhsulları MMC-nin məhsullarının oxşarı ilə satışa çıxarıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, bununla bağlı araşdırmalar aparılır: “Hər hansı şirkətin öz məhsulunu başqa şirkətin istehsalı olan məhsulun oxşar variant və ya etiketi ilə satışa çıxarılması qanuna ziddir”.

“Uzun ömür” MMC-nin direktoru Dəyanət Həsənov isə bu qanunsuzluqla bağlı şikayət etdiyini deyib: “Həmin müəssisənin mallarının bizim mallara oxşar formada, qeyri-qanuni şəkildə bazarlarda gördükdə dərhal şikayət etdik. Südün saxlama müddəti 14 gün olduğu halda bizim məhsulların oxşarını satışa çıxaran MMC onun üzərinə saxlama müddəti kimi 1 ay yazıb.

Sumqayıtda da bizim məhsulların oxşarı satışa çıxarılmışdı. Onlar öz məhsullarının etiketini bizim mallara oxşatmışdılar. Kənardan baxanlar, o cümlədən alıcılar bu məhsulların eyni müəssisə tərəfindən istehsal olunduğunu düşünürdü.

Biz bununla bağlı şikayət etdik və bu, bəhrəsini verdi. Həmin məhsullar Sumqayıtda və Bakıdakı bəzi marketlərdə satışdan yığışdırılıb. Lakin məhsullarımızın oxşar variantının marketlərdə satışa çıxarılması problemi bölgələrdə də yaşandığından hal-hazırda bununla bağlı araşdırma aparırıq”.

Anar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR