Qırmızı.az
Bu gün hava günəşli olacaq - Hava haqqında
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 2-5°, gündüz 9-14° isti, Bakıda gecə 3-5°,
gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 772
millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz olacaq, arabir Şərq küləyi əsəcək. Temperatur gecə 0-5°
isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 13-18°, bəzi yerlərdə
20°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti,
gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarındahava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə
duman olacağı gözlənilir. Temperatur gecə 0-5, gündüz 13-18° isti
olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında hava, əsasən, yağmursuz, bəzi yerlərdə duman
olacağı gözlənilir. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək
isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7°
isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3-8°, gündüz 15-20, bəzi yerlərdə 22°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında hava, əsasən, yağmursuz,
səhər dağlarda duman olacağı gözlənilir. Havanın temperaturunun
gecə 3-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz
8-13° isti olacağı gözlənilir.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO