Sosial şəbəkədə onlara qadağa
Bizi izləyin

Qırmızı.az

Sosial şəbəkədə onlara qadağa

Yaşı 16-dan aşağı olan uşaqlar “YouTube”, “Facebook” və “Twitter”dən istifadə edə bilməyəcək. Bunun üçün onlar valideynlərinin razılığını almalı olacaqlar.

Publika.az xəbər verir ki, Avropa Parlamentinin Mədəni haqlar və daxili işlər komitəsi bununla bağlı layihə üzərində işləyir.

Lakin layihə nə sosial şəbəkə sahibləri, nə də uşaq hüquqları müdafiə təşkilatları tərəfindən qəbul edilmir.

Komitənin gündəmindəki Avropa Məlumat tənzimlənməsinə edilən son dəyişiklik təklifində"16 yaşından kiçik bir uşağın xüsusi məlumatlarının təqdim edilməsi valideynlik məsuliyyəti olan şəxslər tərəfindən icazə verilmədiyi müddətcə qeyri-qanuni qəbul edilir"-deyə qeyd olunur.

Digər bir dəyişikliyə əsasən internet şirkətləri 16 yaşdan kiçik birinin məlumatlarını istifadə etmək istəsə anasının və ya atasının icazəsini öyrənməlidir.

İnternet mütəxəsislərinin sözlərinə görə, bu qərar uşaqları daha az qoruyacaq. Bu qərarın gəncləri tədris və sosial imkanlardan məhrum edəcəyi qeyd olunur.

Narazılıqlara baxmayaraq, Avropalı parlamentarilər bu gün müzakirəyə çıxardıqları qərarı sabah səsverməyə çıxaracaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm