Qırmızı.az
KİV-ə qanunsuz sponsorluq edənlər cəzalanacaq
Azərbaycanda kütləvi informasiya vasitələrinə qanunsuz sponsorluq edənlər böyük məbləğdə cərimə olunacaqlar.
"Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Məcəllə layihəsinin 386-cı maddəsinə əsasən, kütləvi informasiya vasitələrinə, o cümlədən teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı "Teleradio və radio yayımı haqqında" qanunun və "Kütləvi informasiya vasitələri haqqında" qanunun tələblərinin pozulmasına görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək, hüquqi şəxslər isə 8 000 manatdan 10 000 manatadək miqdarda cərimə ediləcəklər.
İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 188-ci maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların istehsalçıları və onların satışını həyata keçirən şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə (televiziya və radio yayımı istisna olmaqla) sponsorluğa görə 30 manatdan 50 manatadək miqdarda cərimə tətbiq edilir.
Yeni hazırlanan layihədə isə televiziya və radio yayımı ilə bağlı istisna ləğv olunub və cərimələrin bütün KİV-lərə şamil edilməsi nəzərdə tutulub. Daha bir yenilik isə cərimələrin belə qanun pozuntularına yol verən vəzifəli və hüquqi şəxslərlə yanaşı fiziki şəxslərə də şamil olunmasıdır. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmayıb.
Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO