Aydın Əliyev Şirvanda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Şirvanda qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 25-də saat 11:00-da Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında (Naxçıvan pr. 1\6) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Publika.az xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm