Nazirliyin qəzetinin bağlanması ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nazirliyin qəzetinin bağlanması ilə bağlı AÇIQLAMA

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir.

APA-nın əldə etdiyi məlumata görə, son bir həftə ərzində nazirliyə məxsus "Azərpoçt" MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib.

Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.

Eyni zamanda nazirliyin "Rabitə dünyası" qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib.

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi struktur islahatların aparılması ilə kollektivin daha da mobilləşdirilməsi və izafi xərclərin azaldılması istiqamətində işlər aparır.

***

Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində son bir həftə ərzində nazirliyə məxsus “Azərpoçt” MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib. Qurumda eyni zamanda digər islahatlar da aparılır.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qurumun “Rabitə dünyası” qəzetinin fəaliyyəti dayandırılsa da, qəzet yeni formatda işıq üzü görəcək.

Açıqlamada qeyd olunub ki, “Rabitə dünyası” daha geniş auditoriyanı əhatə edən jurnalla əvəzlənəcək:

“Məqsəd İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsindəki yeniliklərin müasir kommunikasiya vasitələrilə, daha innovativ üsullarla, çevik şəkildə auiditoriyaya çatdırılmasıdır. O cümələdən, nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütamadi olaraq mincom.gov.az rəsmi portalı və İCTnews.az elektron xəbər xidməti vasitəsilə ictimaiyyətə təqdim olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm