Qışda təhlükəli yolların siyahısı hazırlanıb
Bizi izləyin

Qırmızı.az

Qışda təhlükəli yolların siyahısı hazırlanıb

“Bakıda qış mövsümünə hazırlıqla bağlı 1200-dən çox avtobusa baxış keçirilib”.

Bunu Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, 2015-2016-cı illər qış mövsümündə nəqliyyat vasitələrinin işin normal təşkil edilməsi, qış mövsümünə hazırlıq, qarlı-şaxtalı havada görüləcək işlərə rəhbərlik-koordinasiya məqsədilə qərərgah yaradılıb və bununla bağlı tədbirlər planı hazırlanıb:

“Hazırda 1200-dən çox avtobusa baxış keçirilib. Bəzilərində mövsümlə bağlı çatışmazlıqlar aşkarlanıb. Şinlərin yararsızlığı, şüşətəmizləyici mexanizmlərdə, silgəclərdə problemlərin olması, qabaq şüşələrdə çatların aşkarlanması bura aiddir. Bu qüsurlar buraxılış ili köhnə olan avtobuslarda baş verib. Bu nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib”.

Ş. Mehmanqızının sözlərinə görə, bundan sonra ekstermal hava şəraitinin olacağı gözlənilir. Ona görə də avtobus marşrutlarının işinin normal təşkili üçün əməkdaşlardan ibarət məsul işçilərin növbətçiliyi təşkil olunub. Hər hansı sərnişin daşıması zamanı problem yaranarsa, məsul işçilərin növbətçiliyi ilə birgə operativ və səmərəli şəkildə problemlər həll olunacaq.

“Sərnişin daşımaların fasiləsiz işinin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin tabeçiliyində olan bütün sürücülər təlimatlandırılıb. Bütün müəssisələrə növbətçiliyin təşkili üçün tapşırıqlar verilib. Hazırda Bakı şəhərində istismar olunan avtobusların normal hərəkətinin fasiləsiz və təhlükəsiz işinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qış mövsümündə qardan təmizlənməsi nəzərdə tutulan küçə və meydanlardan keçən avtobus marşrutlarının siyahısı hazırlanıb və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim eilib. Hidrometeorologiya departamentindən hansısa yolda buzlaşmanın olacağı ilə bağlı xəbərdarlıq daxil olarsa, təhlükəli yollar olarsa, həmin küçələrin adlarını ictimaiyyətə təqdim edəcəyik”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm