Nazir: “Meşə örtüyü sahəsi 12 faizə çatdırılacaq"
Bizi izləyin

Qırmızı.az

Nazir: “Meşə örtüyü sahəsi 12 faizə çatdırılacaq"

“Son 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, ağac əkilib. Bu artım sürətli qazlaşma hesabına əldə edilib”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bildirib ki, aparılan təhlillər bu il meşələrin sahəsinin 0.4 faiz artımla 11.8 faizə çatdığını göstərir:

“2015-ci ilin əvvəllərində peykdən əldə edilən şəkillərdən bir daha buna əmin olduq. Ümid edirik ki, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatdırılacaq. Qazlaşdırılma olmasaydı, 15 min əhalisi olan kəndlərdə insanlar meşədki ağacları qırardılar. Belə olan halda bizim tədbirlərimiz də nəticəsiz qalardı”.

Nazirin sözlərinə görə, bu il ərzində 850 hektardan çox ərazi yaşıllaşdırılıb:

“Zığ-Heydər Əliyev adına Beynəxalq Hava Limanı magistral avtomobil yolunun kənarı çox çirkli idi. Maliyyə gözləmək çox vaxt apardığından, nazirlik öz daxili imkanları hesabına bu əraziləri mövsümü əkin aparılması üçün təmizlətdi”.

Nazir bildirib ki, 30 hektar ərazidə ağac əkilib.

“Həmin magistral yolun kənarındakı ağacların hamısı nazirliyin yetişdirdiyi ağaclardır. 50 hektar ərazi tam olaraq təmizlənib. Bu ərazi mərkəzi yola yaxın olduğu üçün yaşıllıqdan sonra gözəl görkəm alınacaq. Prezident tapşırığında bildirmişdi ki, bu ərazidə yaşıllaşdırmadan başqa heç bir iş görülməsin. Bu baxımdan da 7-8 il ərzində nazirlik kütləvi yaşıllaşdırma aparıb”.

Nazir onu da əlavə edib ki, son 5 ildə magistral yolların ətrafı, Bakı və onun ətrafındakı sahələr, aşağı keyfiyyətli torpaqlar təmizlənərək 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ağac əkilib. 2700 hektar ərazidə isə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm