Sabah hava çiskinli olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava çiskinli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, bölgələrdə qar yağacaq.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, çiskinli yağış yağacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm