Azərbaycanda 97 körpə xilas edilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 97 körpə xilas edilib

Bu il 1000 qramdan az çəki ilə doğulmuş 260 körpədən 97-si xilas edilib.

Publika.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

G.Poladov bildirib ki, respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib: “Əgər 2010-cu ildə Respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edir. Beləliklə, ana ölümü əmsalı hər 100 min diridoğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enib”.

Uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində bu il uşaqların 92%-dən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 6%-i sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1%-ı isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm