• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Xankəndinin işğalından 24 il ötür

Xankəndinin işğalından 24 il ötür

Azərbaycanın Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 24 il ötür.

28 dekabr Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal günüdür. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xankəndində separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.

Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzidir. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdəndir.

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.

1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər olub. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR