Bakı metrosunda sürpriz: Şaxta baba və Qar qız - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda sürpriz: Şaxta baba və Qar qız - FOTOLAR

Bu gündən “Bakı Metropoliteni”nin stansiyalarında sərnişinlər Şaxta baba və Qar qızı görəcək.

Publika.az xəbər verir ki, Yeni il bayramının qəhrəmanları stansiyalarda gəzərək uşaqlara hədiyyələr verəcək. Bu gün Şaxta baba və Qar qız “28 May”, "Gənclik" və “Nəriman Nərimanov” stansiyalarında olub.

Şaxta baba və Qar qız sərnişinlər, xüsusən də balacalar tərəfindən maraqla qarşılanıb. Onlar hələ bir neçə gün stansiyalarda gəzib balacaları sevindirəcəklər.

Qeyd edək ki, Şaxta baba “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lalə Babayevadır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm