Sürücünü döyən sərnişin polisə verildi
Bizi izləyin

Qırmızı.az

Sürücünü döyən sərnişin polisə verildi

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova bir neçə gün əvvəl MMC-nin sürücüsünün sərnişin tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, N.Allahyarova sürücünü döymüş sərnişinin avtobusdakı iki mülki geyimli polis və sərnişin tərəfindən polis bölməsinə təhvil verildiyini bildirib: “Sürücü müxtəlif bədən xəsarətləri alıb və səhhətində problem yaranıb. Sərnişin aidiyyəti dövlət orqanına təhvil verilib. Lakin bizdə bu işlə bağlı hər hansı məlumat yoxdur”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm