Nuşirəvan Məhərrəmli DANIŞDI: "Qətiyyətli addımlar atacağıq"
Bizi izləyin

Qırmızı.az

Nuşirəvan Məhərrəmli DANIŞDI: "Qətiyyətli addımlar atacağıq"

“Son zamanlar Azərbaycanın televiziya məkanında baş verən proseslər nəinki bizi, bütövlükdə cəmiyyətimizi ciddi narahat edir. Mən bunu etiraf etməyə məcburam”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün “Xəzər” TV-nin inzibati binasının açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasının vaxtı artıq çatıb: “Bəzən biz bir sıra verilişlərdə milli mənəvi dəyərlər məsələsinə çox aşağı səviyyədə izahat verən, hətta, təhlükəli formada onu keçmişə dönüş kimi qiymətləndirən şəxsləri də görürük. Hesab edirəm ki, bütün bunlar çox təhlükəli addımlardır. Biz Milli Televiziya və Radio Şurası olaraq bütün bunlara qarşı öz səlahiyyətlərimiz çərçivəsində qətiyyətli addımlar atacağıq. Biz milli mənəvi dəyərlərin qorunması məsələsini bütün televiziya kanallarının əsas ana xətti kimi görməyimizi bəyan edirik”.

N.Məhərrəmli “Xəzər” TV-ni digər özəl telekanallara nümunə də çəkib: “Əgər qısa zaman ərzində “Xəzər” TV kimi özəl televiziya kanalı belə bir uğura imza atıbsa, deməli, istəyəndə hər şey mümkün olur. Bizim televiziya və radio yayımları sahəsində böyük potensialımız var. Ona görə də bizi gələcəkdə böyük uğurlar gözləyir. Doğrudur, kadr məsələsi ən ciddi problem olmağına baxmayaraq, Azərbaycanda teleradio yayımı sahəsindəki mövcud potensial bizim qarşımızda dayanan vəzifələrə çatmaq üçün kifayət edir. Ona görə də hər birimiz bu sahədə daha peşəkar çalışmaqla Azərbaycan teleradio mediasını xalqa və dövlətə xidmət edən media səviyyəsinə gətirib çıxaracağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm