Qırmızı.az
Bu günə olan hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperatur gecə 4-6°, gündüz 13-15° isti, Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacaqdır. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Yaxın 2 gündə Abşeron rayonunda meteoroloji amillərin zəif və
mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən
əlverişlidi.
Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz olacaq. Temperaturun gecə 1-6°, gündüz 17-22° isti
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarındaəsasən yağmursuz, səhər bəzi yerlərdə duman
olacağı gözlənilir. Temperatur gecə 0-5, gündüz 14-19° isti
olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə
duman, çiskin olacaqdır. Havanın temperaturunun gecə 0-5°, gündüz
12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz,
gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə
3-8°, gündüz 16-21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında əsasən yağmursuz, səhər dağlarda duman,
çiskin olacaqdır. Havanın temperaturunun gecə 4-7°, gündüz 14-19°
isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı
gözlənilir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO