“Donuz qripi” ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Donuz qripi” ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) Türkiyənin Adana vilayətində A (H1N1) - (donuz qripi) virusuna yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsi və donuz qripi daşıyan əcnəbi şəxslərin Azərbaycana gəlmə ehtimalı barədə yayılan məlumatlara münasibət bildirib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, qeyd olunan A (H1N1) virusu Azərbaycan Respublikasının sərhəd gömrük-keçid məntəqələrində qeydə alınmayıb.

Məlumatda deyilir ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır:

“Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirirlər. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə, müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm