Bakıda bayram günlərində 258 sərxoş sürücü saxlanılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda bayram günlərində 258 sərxoş sürücü saxlanılıb

Bakıda bayram günlərində 258 sərxoş sürücü saxlanılıb

Bakıda bayram günləri 258 sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb.


Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANSPRESS-ə verdiyi məlumata görə, istirahət günlərində yol polisi sərxoş sürücülərə qarşı reyd keçirən zaman təkcə 11-ci tağımı tərəfindən 161 sərxoş sürücü barədə inzibati protokol tərtib olunub.


Yol polisi onu da əlavə edib ki, bayram günləri paytaxtda 21 yol qəzası baş verib. Qəzalarda 3 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu ilin yanvar ayının birindən indiyə qədər 1908 sərxoş sürücü saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm