Bayram günləri təcili yardıma müraciətlər artıb
Bizi izləyin

Qırmızı.az

Bayram günləri təcili yardıma müraciətlər artıb

Bayram günlərində təcili yardıma müraciətlərin sayında artım qeydə alınıb.

Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

Onun sözlərinə görə, müraciətlərin sayı 10% artıb.

“Adi günlərdə təcili yardıma orta hesabla 1800-1900 müraciət olurdusa, bayram günlərində 2000-dən çox müraciət olub. Bayram günləri xəstəxanaların işləməməsi də təcili yardıma müraciətlərin sayının artmasına təsir edib. Müraciətlər, əsasən, ürək-qan damar sistemi və tənəffüs yolları xəstəlikləri ilə bağlı olub”.

O.Şahmalıyev bildirib ki, son günlər havaların şaxtalı keçməsi ilə əlaqədar olaraq 6 nəfər travma ilə müraciət edib. Onlar əsasən aşağı ərtafların sınığı və zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm