Azərbaycana gələcək erməni general barədə açıqlama
Bizi izləyin

Qırmızı.az

Azərbaycana gələcək erməni general barədə açıqlama

Azərbaycana gələcək erməni general barədə açıqlama

Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi ilə bağlı yayılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 7-8 aprel 2014-cü il tarixlərində MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda ilk dəfə keçiriləcək iclasının iştirakçıların siyahısı tam müəyyən edilmədiyindən Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin tədbirdə iştirak etməsi hələlik bəlli deyil.

Qeyd edək ki, "Armtoday"də yayımlanan məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm