Qırmızı.az
Gömrükdə sahibkarlar üçün daha bir İMKAN
Dövlət Gömrük Komitəsi idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı növbəti yeniliyə imza atıb.
Komitədən Publika.az-a bildirilib ki, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.
Bununla əlaqədar, Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib:
“Gömrük rəsmiləşdirilməsi ilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandıra bilərlər. Nəzərinizə çatdırıram ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı bu yenilik Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında 263 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə reqlamentləşdirilir və Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış “Gömrük XXI əsrdə” sənədi və Ümümdünya Ticarət Təşkliatı çərçivəsində yeni imzalanmış Ticarətin Asanlaşdırılması Sazişi müddəlarına cavab verməklə beynəlxalq praktikada gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, gömrük orqanları tərəfindən risklərin təhlili, gömrük nəzarətinin daha çevik və effektiv aparılmasına xidmət edən təcrübə kimi qəbul edilir.
Təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı gömrük rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata keçiriləcək.
Bu xidmətdən yararlanmaq üçün sahibkarlar Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilərlər.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü