• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

980 müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

980 müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin on ayı ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar verib.

Komitədən Publika.az-a verilən məlumata görə, yoxlamaların 855-i yəni, 53%-i ərzaq məhsullarının, 474-ü təxminən 29.3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i isə yəni, 17.8%-i dövlət metroloji nəzarətə aid olub.

Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb. Aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib.

Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 210 min 500 manat məbləğində inzibati qaydada cərimələr tətbiq edilib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində Xidmət tərəfindən ümumilikdə istehlak bazarından sınaqların aparılması üçün 273 adda, bunlardan 137 adda yerli məhsullar, 136 adda isə xarici ölkələrin istehsalı olan müxtəlif növ məhsullardan nümunələr seçilərək müvafiq laboratoriyalara təqdim edilib. Bu məhsul çeşidlərinə müxtəlif adda ərzaq məhsullarından alkoqolsuz və alkoqollu içkilər, ət və ət məhsulları, süd və süd məhsulları, unlu və şəkərli qənnadı məmulatları, konservləşdirilmiş məhsullar və qeyri ərzaq məhsullarından isə diş pastaları, yuyucu və təmizləyici vasitələr, maye və bərk halda olan sabunlar, boyalar, avtomobil yağları, avtomobil benzinləri və dizel yanacaqları və s. aid olub. Təqdim edilmiş məhsullardan 222 adda məhsul standartın tələblərinə cavab verib, 51 adda məhsullar isə standartın tələblərinə cavab verməyib.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR