Sürücü cərimələrini yoxlayan sistem çökdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Sürücü cərimələrini yoxlayan sistem çökdü - FOTOLAR

Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılır: "Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz" (http://mia.gov.az/?/az/driverlicense/).

Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün deyil: "Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir».

Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləmir: "Xəta 1100: Xəta baş verdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm