Komitədən tikinti materiallarına görə əlavə rüsum alınması xəbərinə reaksiya
Bizi izləyin

Qırmızı.az

Komitədən tikinti materiallarına görə əlavə rüsum alınması xəbərinə reaksiya

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan tikinti materiallarına görə tələb olunan gömrük rüsumunun artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən Publika.az-a verilən məlumata görə, dünən bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsi qiyməti qaldırıb - Bu barədə Dərnəgül bazarında taxta işi ilə məşğul olan sahibkarlar məlumat verib” başlıqlı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb, konkret ünvan və ad göstərilmədən guya sahibkarlara istinadən Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə informasiyalar yer alıb.

"Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, “Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir", deyə məlumatda bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm