Bakıda abidənin üzərindən kondisioner asdılar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda abidənin üzərindən kondisioner asdılar - FOTOLAR

Paytaxtın əsas meydanlarından biri,"Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşən Dakar meydanında (və ya Dakar dairəsi) xoşagəlməz mənzərə yaranıb.

Publika.az xəbər verir ki, kimlərsə meydandakı abidənin divarlarını deşərək, ordan kondisioner asıblar. Kiçik sahibkarlardan biri mağazasına məxsus “Qadın dünyası” reklam tablosunu abidənin üstünə qoyub. Bir başqası isə mobil telefonların alışı-satışı, barteri və təmiri elanı lövhəsini abidənin üzərinə yapışdırıb.

Nəzərinizə çatdıraq ki, meydan Bakı ilə qardaşlaşmış şəhərlərdən olan Seneqalın paytaxı Dakar şəhərinin şərəfinə adlandırılıb. İki şəhər 1967-ci ildə qardaşlaşıb. Bir neçə il əvvəl Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olarkən Dakar meydanına baş çəkib.

Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (Qardaşlaşmış şəhərlər) sözləri yazılmış mozaikalı panno yerləşir.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirdilər ki, Dakar meydanındakı bu cür xoşagəlməz hallar rayonun hüquq-mühafizə orqanları tərəfindən aradan qaldırılır: “Belə hallara qarşı mübarizə rayon icra hakimiyyəti tərəfindən yox, polis tərəfindən aparılır. Həmin meydanda belə xoşagəlməz hallara yol verən şəxslərə qarşı müvafiq tədbirlər görülür və onlar cərimə ediliblər”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm