İspaniyalı alim I Avropa Oyunları haqda elmi tədqiqat aparır - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

İspaniyalı alim I Avropa Oyunları haqda elmi tədqiqat aparır - ÖZƏL

İspaniyanın tanınmış tədqiqatçı alimi, texnika elmləri üzrə fəlsəfə doktoru Ekain Rojo Labaien 2015-ci ildə Azərbaycanda keçirilən I Avropa Oyunları haqqında tədqiqat aparmaq üçün Bakıya gəlib.

Publika.az-ın əldə etdiyi məlumata görə, ispaniyalı alim 6 aylıq səfər müddəti ərzində I Avropa Oyunları ilə bağlı araşdırmalar aparacaq və daha sonra ölkəsində bununla bağlı elmi məqalələr hazırlayacaq.

İspaniyalı alim Ekain Rojo Labaien Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinin qonağı olacaq.

Ekain Rojo Labaien Publika.az-a açıqlamasında bildirib ki, onun elmi fəaliyyətinin əsas istiqaməti milli şəxsiyyətlər, media və idman tədqiqatları ilə bağlıdır: “Səfərimin məqsədi 2015-ci ildə Azərbaycanda keçirilən I Avropa Oyunları ilə əlaqədar tədqiqat aparmaq və bu sahədə Azərbaycanın qazandığı uğur haqqında məqalə yazmaqdır. Bu ölkənin əhalisi arasında müsahibələr apardıqdan sonra belə qənaətə gəldim ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunları Olimpiya Hərəkatına yeni keyfiyyət meyarları gətirib. Bu tədqiqatı yerinə yetirmək üçün mənə göstərdiyi köməkliyə görə Qafqaz Universitetinin Sosial və Humanitar Elmlər İnstitutunun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bu təcrübə mənim üçün unudulmaz xatirələr yaradıb. Burda olduğum müddətdə Azərbacan dilini öyrənmək üçün də əlimdən gələni edəcəm və İspaniyaya qayıtdıqdan sonra Azərbaycanla əlaqədar yazacağım məqalədə Qafqaz Universiteti və oradakı təhsil mühitindən də bəhs edəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm