Bakıda orta məktəbin qarşısında qanlı cinayət törədən şəxs tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda orta məktəbin qarşısında qanlı cinayət törədən şəxs tutuldu

Ötən gün axşam saatlarında Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxs Ağsu rayonu ərazisində tutulub. Ağsu rayon polis şöbəsindən Anspress-ə verilən əmlumata görə, Kamil Fərəcov ötən gecə Ağsu rayonu ərazisində keçirilən əməliyyat zamanı saxlanılıb.

Hadisə zamanı həmin şəxs polisə müqavimət də göstərmək istəyib. Lakin polislərin ayıq-sayıqlığı nəticəsində heç bir insident baş verməyib. Kamil Fərəcov Sabunçu rayon Polis İdarəsinin Ağsuya ezam olunan əməkdaşları və Ağsu rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edək ki, Kamil Fərəcov martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayıb. Daha sonra hadisə yerindən qaçıb. Deyilənlərə görə, hadisə qisas məqsədilə törədilib.

Ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm