Qırmızı.az
Bakıda yeni metro stansiyası qazılır - FOTOLAR
Bakı Metropolitenində "Bənövşəyi" xəttin şərti olaraq
"B-5" adlanan stansiyası istiqamətində qazma işlərinə
başlanacaq.
Publika.az-ın "Bakı Metropoliteni" QSC-nin saytına istinadən verdiyi məlumata görə, indiyə kimi 4630 m yol qət edən "Herrenknecht" qazma kompleksi bu gün xəttin şərti olaraq "B-4" adlanan stansiyasına daxil olub. Qazma qurğusu həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.
Bu gün qazma kompleksi "B-4" stansiyasında quraşdırılmış start
kamerasında qarşılanıb. İlk dəfə idi ki, kompleksin işini kənardan
müşahidə etmək mümkün olub. Beləliklə, kompleks bu sahədə işini
başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam
etdirəcək.
"B-5" istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma
maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa
vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək.
Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra "Herrenknecht" yolunu növbəti stansiyaya, yəni "B-5" stansiyasına doğru davam etdirəcək.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO