• USD 1,7000 0,00% EUR 2,0023 +0,07%
    • GBP 2,3372 -0,09% RUB 0,0230 -0,43%

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 şaxta, yüksək dağlıq ərazilərdə 7-12 şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 17-si və 18-də arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR