Ramil Usubov müşavirə keçirdi, tapşırıq verdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov müşavirə keçirdi, tapşırıq verdi

Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, 2015-ci ildə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirəyə daxili işlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edib.

Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun hesabatı dinlənilib. İdarə rəisi ötən il görülən işlər, həyata keçirilən tədbirlər, ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün atılan addımlar barədə məlumat verib.

İclasda 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm