Gəncədə süni qiymət artımının qarşısı belə alındı
Bizi izləyin

Qırmızı.az

Gəncədə süni qiymət artımının qarşısı belə alındı

Gəncədə süni qiymət artımının qarşısının alınması məqsədilə məhsul-satış yarmarkası keçirilib.

Publika.az “Kəpəz TV”-yə istinadən xəbər verir ki, belə yarmarkalar davamlı təşkil olunacaq.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev yarmarkada müxtəlif məhsulların qiymətləri ilə bağlı məlumat verib: "Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, quş əti 2 manat 30 qəpiyə, 50 kq-lıq un kisəsi 21 manata şəhər sakinlərinə təklif olunur. Çıxarılan məhsullarla bağlı məhdudiyyət yoxdur, kifayət qədər ehtiyat var, yarmarka günün sonuna qədər davam edəcək. Belə yarmarkalar hər 10 gündən bir keçiriləcək”.

Şəhər İcra Hakimiyyəti növbəti yarmarkalarda vətəndaşların arzu və istəklərinin nəzərə alınacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm