Qırmızı.az
Muğan-Qarasu mənzilində 3,3 kilometr yol əsaslı təmir olunur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı sürətlə icra olunur.
Publika.az "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat
Katibliyinə istinadən məlumat verir ki, Dövlət Proqramının icrası
çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri
davam edir.
2014-cü ilin martın 27-də Muğan - Qarasu mənzilində 3,3 kilometr
yolun əsaslı təmirinə başlanılıb. Səhər tezdən start götürən təmir
işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC
"Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur
Departamentinin müvafiq qurumları həyata keçirir.
"Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin
verdiyi məlumatda bildirilir ki, artıq səhər saatlarında köhnə
yolun söküntüsünə başlanılıb və 900 metr köhnə yol artıq
sökülüb.
Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın
icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun
əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci
kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Ağstafa - Poylu
mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatmışdır. Əsaslı
təmir olunmuş 317 kilometrin 310 kilometri artıq 800 metrlik
uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”