Vahid Əhmədov: “Bu qanunlar banklara etimadı qaytaracaq”
Bizi izləyin

Qırmızı.az

Vahid Əhmədov: “Bu qanunlar banklara etimadı qaytaracaq”

"Prezidentin iki paketdə parlamentə təqdim etdiyi 7 layihə iqtisadi inkişafa dəstək olacaq. Düzdür, Azərbaycan iqtisadiyyatı 2016-cı ilə problemlərlə başladı. Prezident bu durumu nəzərə alaraq çörəyin, unun, buğdanın qiymətini stabilləşdirdi. Bu məhsullar əlavə dəyər vergisindən azad edildi. Ancaq devalvasiya zamanı bəzi sahibkarlar gəlir əldə etmək üçün qiymətləri 100 faiz qaldırdılar. Biz süni qiymət artımından danışarkən hansısa məhsulların qiymətinin devalvasiyaya adekvat artırılmasını nəzərdə tutmuruq".

Publika.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, Prezidentin tapşırığı, İqtisadiyyat Nazirliyinin tədbirləri sayəsində süni qiymət artımının qarşısı alınıb: “İndi təqdim edilən qanun layihələri əhəmiyyətlidir. Bu, banklara olan etimadı artırmalıdır. İndiki vəziyyətdə cənab Prezident düzgün addım atıb və bu qərar doğrudur. Vergi Məcəlləsinə, “Gömrük taarifi haqqında” Qanuna dəyişikliklər də müsbət haldır və bunun nəticəsini görəcəyik. Dəyişikliyə əsasən 7 il müddətinə avadanlıqların ölkəyə gətirilməsi vergidən azaddır. Yerli istehsalı artırmaq üçün dəyişikliklər müsbət perspektivlər ortaya qoyur. Bu qanunlar çox müsbət və mütərəqqidir. Əsas məsələ bu qanunların icrasıdır. Biz bu yöndə hökumətə dəstək verməyə hazırıq".

Millət vəkili deyib ki, əmanətlərin sırğortalanması və tam sığortalanması haqqında qanunlar bank sistemində sağlamlaşdırma işlərinə yardımçı olacaq, insanların banklara etibarını artıracaq: “Təklif olunan digər qanun layihəsinə görə, Azərbaycandan kənara 50 min dollardan artıq vəsaitin köçürülməsi zamanı dövlət büdcəsinə müəyyən verginin ödənilməsi ilə bağlıdır. Bu, bank sisteminə əhalinin etibarını artıracaq. Bu sənədlər çox önəmlidir. Qanunun tətbiqinin nəticələrini bir ildən sonra görəcəyik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm