“10 düşmən əsgərini boğaraq öldürdüm” - VİDEO
Bizi izləyin

Qırmızı.az

“10 düşmən əsgərini boğaraq öldürdüm” - VİDEO

20 Yanvar Azərbaycan xalqının sarsılmaz döyüş qabiliyyətinə malik, mübariz millət olduğunu sübuta yetirən bir gündür.

ANS-in məlumatına görə, bunu “Xəbərçi” nin qonağı ehtiyatda olan zabit Kamil Mehdiyev deyib. O 20 Yanvar hadisələrini Azərbaycan xalqının mübarizlik rəmzi kimi qiymətləndirir. Kamil Mehdiyev o müdhiş gecəni belə xatırladı:

“Rus qoşunlarının paytaxt Bakıya daxil olacağını biz əvvəlcədən bilirdik. Bunun üçün bizim dəstə qoşunlara qarşı silahlı hücuma hazırlaşırdı. Kimə dediksə, bizim dəstəyə qoşulmaq istəyən çıxmadı. Onda bizim əlimizdə 61 ədəd odlu silah var idi. Bu silahları isə mən şəxsən öz pulumla Volqaqraddan gəmi ilə Azərbaycana gətirdim. Silahın bir hissəsini, yazılı surətədə cəbhəyanı bölgələrə göndərdik. Qalanı isə Sovet qoşununun paytaxta daxil olacağını bildiyimiz üçüm özümüzdə saxladıq”.

Tiblisi prospektində barrikada quran Kamil Mehdiyev və onun dəstə üzvləri Şaiq Vəliyev və başqaları bu yolda yarım saat rus qoşununa müqavimət göstərib. Kamil Mehdiyev şəxsən 3 BTR vurduğunu və yara aldıqlarını deyir.

Sonradan dəstə üzvlərinə mayın 5-də ölüm hökmü oxunur və onlar 12 nəfər Bayıl həbsxanasının 6-cı korpusunda saxlanılır. Orada zabit və başqa 12 nəfərə olmazın işgəncələr veriblər. İşgəncədən əziyyət çəkən insanların səsinə binanın sakinləri mitinq keçirib və bu həbsdəki insanların azadlığa buraxılmasını tələb edib. Bundan sonra aidiyyatı qrumların məsləyə müdaxiləsindən sonra onlar həbsdən azad edilib.

Ehtiyadakı zabit Kamil Mehdiyev düşmənin 10 nəfərini boğaraq öldürdüyü üçün fəxr etdiyini deyir.

Sonda isə o ANS telekanalının rəhəbərliyinə 20 yanvar hadisələrinin acı faktlarını özündə əks etdirən “Qanlı Yanvar” filminin çəkilişi üçün xüsusi minnətdarlıq etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm