Pərdə əvəzinə bayraq: yeni dəb, yoxsa..? - FOTO
Bizi izləyin

Qırmızı.az

Pərdə əvəzinə bayraq: yeni dəb, yoxsa..? - FOTO

Son günlər paytaxtda dövlət bayrağımızdan avtomobillərin arxa şüşələrində pərdə kimi istifadə edilməsi halları artır. Bir çox hallarda isə sürücülər bayrağımızı tərs asırlar. Maraqlıdır, bu məsələ qanunla necə tənzimlənir? Ümumiyyətlə, qanun bayraqdan avtomobillərdə istifadəyə icazə verirmi?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a bildirib ki, avtomobilin arxa şüşəsində görüntü tam məhdudlaşdırıla bilər: “Hətta ona pərdə də qoyula bilər. Əgər arxanı göstərən güzgülər varsa, bu məsələdə məhdudiyyət yoxdur. Burada əsas şərt güzgünün olmasıdır. Lakin ön və arxa yan şüşələr açıq olmalıdır.

Bayraqdan istifadə məsələsində isə hər hansı qanuni qadağa yoxdur. Yəni, bu, mümkündür. Ancaq bayrağa qarşı hər hansı hörmətsizliyə yol verilməmək şərtilə. Çünki dövlət rəmzimizdən istifadə qaydaları mövcuddur.

Digər tərəfdən, bu, mənəvi məsələdir”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm