100-ə yaxın vətəndaş “donuz qripi”nə görə müayinə olundu
Bizi izləyin

Qırmızı.az

100-ə yaxın vətəndaş “donuz qripi”nə görə müayinə olundu

“Donuz qripi”nə görə xəstəxanalara 100-ə yaxın vətəndaş müraciət edib.

Bu barədə Publika.az-a Respublika Taun Əleyhinə laboratoriya müdiri Musa Cahanov məlumat verib.

Onun sözlərinə görə, kəskin respirator virus xəstəlikləri və qripə yoluxanlar yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edirlər.

“Həmin poliklinikalar xüsusi qaydalarla əsnəkdən və burun boşluğundan nümunələr götürüb Respublika Taun Əleyhinə Stansiyaya göndəriblər. Stansiyada həmin nümunələrdən “donuz qrip”inə görə müayinələr aparılır. Aparılan müayinələr nəticəsində bu vaxta qədər “donuz qripi” xəstəliyinin törədicisi aşkar edilməyib”.

M.Cahanov donuz qripini digər mövsümi xəstəliklərdən fərqləndirmənin yeganə üsulunun laborator müayinə olduğunu bildirib:

“Donuz qripi” kəskin respirator virus xəstəlikləri və mövsümi qripin əlamətlərindən çox da fərqlənmir. Temperatur 38-39 dərəcədən yuxarı olur, baş ağrısı, əzginlik, zökəm əlamətləri, sinədə, boğazda ağrı, ishal və qusma müşahidə edilir. Donuz qripində bu əlamətlər özünü bir az da qabarıq, ağır formada büruzə verir. Bunu fərqləndirmək üçün həkimə müraciət edib, müayinədən keçmək lazımdır. Əsasən də, risk qrupunda olanlar daha diqqətli olub, özlərini qorumalıdırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm