Fövqəladə hadisələr zamanı ölənlərin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Fövqəladə hadisələr zamanı ölənlərin sayı açıqlandı

Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-ci ildə respublikada baş verən hadisələrin statistikasını açıqlayıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, 2015-ci il ərzində respublika ərazisində 13658 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2370 hadisə və ya 21% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub, 237 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 208 nəfər xilas edilib, 802 nəfər təxliyə olunub.

Ötən il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 13492 çıxış edilib. Yanğınların 1989-u çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 8805-I açıq sahələrdə, 381-i nəqliyyat vasitələrində, 6-sı meşə və meşə talalarında, 2311-i isə digər yerlərdə olub.

Yanğın hadisələri zamanı 64 nəfər həlak olub, 170 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 8%, xəsarət alanlar üzrə 71 nəfər və ya 72% çoxdur.

2015-ci il ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib. Bu da 2014-cü il ilə müqayisədə 11 hadisə və ya 31% çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 66 nəfər xəsarət alıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm