Bakıda həkimi, tibb bacısı olmayan təcili yardım - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda həkimi, tibb bacısı olmayan təcili yardım - FOTOLAR

“Evdə bir xəstə olanda həkim tapmırıq. Təcili yardıma zəng vururuq, gəlib çıxmaq bilmirlər. Dəfələrlə zəng vururuq, bir saat sonra gəlib çıxırlar”. Bu sözlər Hövsan qəsəbəsi sakinlərinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 11 nömrəli Köməkçi Yardım Stansiyasının Hövsan filialından etdiyi şikayətlərdəndir. Sakinlər bildirirlər ki, həftə sonları, xüsusən bazar günlərində təcili yardıma zəng vursalar da, vaxtında tibbi xidmətlə təmin olunmurlar. Bu səbəbdən də bəzən onlar özləri Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 11 nömrəli Köməkçi Yardım Stansiyasına üz tuturlar.

Publika.az-ın əməkdaşı çoxsaylı şikayətləri aşardırmaq üçün dünən bir neçə dəfə sözügedən köməkçi yardım stansiyasında olub. Saat 17:20-də, 18:30-da, 19:10-da və 20 radələrində köməkçi yardım stansiyasında olan əməkdaşımıza sanitarlar tibb bacısının da, həkimin də çağırışa getdiklərini bildirdilər. Lakin həmin vaxtlarda stansiyanın iki təcili yardım maşını həyətdə, sürücülər isə sürücülərin istirahət otağında idi. Həkim otağındakı telefonlara isə nəzarət edən yox idi.

Biz burada müşahidə apararkən köməkçi yardım stansiyasına müraciət etmiş 3 qəsəbə sakini təcili yardıma ehtiyacı olduqlarını dedilər. Lakin onlara da eyni cavab verildi: “Həkim də, tibb bacısı da “vızıv”dadırlar”.

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a bildirdi ki, bu, bir sıra səbəblərlə əlaqədardır: “11 nömrəli Köməkçi Yardım Stansiyasının Hövsan filialının həkimlərindən ikisi xəstədir. Briqadalar xəstələrlə təmasda olurlar. Yoluxma baş verib və həkimlər xəstələnib. Belə hallar olur. Həkimlər xəstə olduqlarından işə çıxmayıb. Bu səbəbdən yanvar ayında iş saatlarının norması aşağıdır. Bu da iş rejiminə təsir edir”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm