NİİM-in mətbuat katibi işdən çıxdı
Bizi izləyin

Qırmızı.az

NİİM-in mətbuat katibi işdən çıxdı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı işindən ayrılıb.

Bu barədə Publika.az-a özü məlumat verib.

“4 ilə yaxın bir müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm. Hər kəsə uğurlar!”

NİİM-dən Publika.az-a məlumatı təsdiqləyib bildiriblər ki, yaxın günlərdə qurumun mətbuat katibi vəzifəsinə təyinat olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm