Qarlı hava nəqliyyatın işinə necə təsir etdi? - SORĞU
Bizi izləyin

Qırmızı.az

Qarlı hava nəqliyyatın işinə necə təsir etdi? - SORĞU

Sinoptiklər qarlı, çovğunlu hava hava şəraitinin yanvarın 27-si, günorta saatlarınadək davam edəcəyini proqnozlaşdırıb. Qarlı hava şəraiti ilə əlaqədar olaraq aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Publika.az-a açıqlamasında qarlı hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində heç bir problem müşahidə olunmadığını deyib.

P.Kəsəmənski bildirib ki, hazırda təyyarələrin yola salınması və qəbulunda gecikmə müşahidə edilmir. Sadəcə təyyarələrin donmaması üçün lazımi tədbirlər həyata keçirilir.

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Publika.az-a bildirib ki, rayonlara gedən avtobuslar adi qaydada işləyir: “Hazırda avtobuslarımız Kürdəmir yolu ilə hərəkət edir. Yuxarı yol - Ağsu aşırımı, Quba, Qusar, Xaçmaz yolu qarla örtülüb. Qar yoldakı hərəkəti məhdudlaşdırmasa da, sürət həddi aşağıdır. Ona görə də avtobuslarımız aşağı yolla hərəkət edir”.

“Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keşdiklərini bildirib:

“Qarlı hava şəraiti ilə əlaqədar olaraq İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üç quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir. Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarında, eləcə də sərnişin vağzallarında istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır. Şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən, beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm