• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Qəza bu rayonun bir hissəsini qazsız qoydu - BAKIDA

Qəza bu rayonun bir hissəsini qazsız qoydu - BAKIDA

Yanvarın 25-də axşam saatlarından Nərimanov rayonunun bir hissəsi qazsız qalıb.

Rayonun İslam Abışov küçəsində yaşayan sakinlərinin Publika.az-a bildirdiyinə görə, ötən gün saat 20:00 radələrində kəsilən qaz hələ də bərpa olunmayıb:

“Dünəndən soyuqdan donuruq. Axşam saat 8-də kəsilən qaz hələ də gəlmir. “Azəriqaz”ın 104 qəza xəttinə nə qədər zəng etsək də, zəngimizə cavab verən olmadı”.

“Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin Publika.az-a bildirdiyinə görə, Nərimanov rayonunda qazın kəsilməsinə ərazidən keçən qaz xəttində baş vermiş qəza səbəb olub.

“Ötən gün axşam Nərimanov rayonunda qəza hadisəsi baş verib. Avtomobil 159 mm-lik qaz xəttini sındırıb. Dünəndən bizim əməkdaşlarımız həmin ərazidə işləyirlər. Həmin əraziyə alternativ xətdən qaz çəkilib ki, sakinlər soyuqdan donmasınlar”.

İ. Kərbəlayev həmçinin alternativ xətdən qaz alındığına görə Binəqədi rayonunda da qazın zəiflədiyini dedi.

Gülnar Əliyeva

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR