100 uşaq ürək əməliyyatı üçün növbə gözləyir - Səhiyyə Nazirliyi
Bizi izləyin

Qırmızı.az

100 uşaq ürək əməliyyatı üçün növbə gözləyir - Səhiyyə Nazirliyi

Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində 2011-2015-ci illər ərzində mindən artıq uşaq ürəyindən əməliyyat edilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu əməliyyatların 100-ü qapalı, qalanları isə açıq ürək əməliyyatları olub.

Mərkəzdə uşaqların kardiocərrahiyyə əməliyyatları müvafiq növbə əsasında həyata keçirilir. Aparılan əməliyyatlar beynəlxalq norma və standartlar səviyyəsindədir. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir.

İldən-ilə Mərkəzdə həyata keçirilən uşaq ürək əməliyyatlarının sayı artır. Əgər fəaliyyətə başladığı ildə burada 72 uşaq əməliyyat olunmuşdusa, 2015-ci ildə bu göstərici 300-dən çox olub. Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır.

Görülən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bütün dünya ölkələrində uşaqların anadangəlmə ürək qüsurlarına rast gəlinir. Dünyada doğulan hər min uşağın orta hesabla 8-12-də bu və ya digər ürək qüsuruna təsadüf edilir. Qüsurun yaranmasının əsas səbəbləri ananın keçirdiyi infeksion xəstəliklər, ətraf mühitin çirklənməsi və sair amillərdir. Bu və digər amillərin təsiri nəticəsində ana bətnində uşağın ürəyinin pərdələri arasında deffekt, qapaqların və ya damarların qüsuru formalaşır. Bəzən ürəyin bir deyil, bir neçə qüsuru yaranır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm