Nazirlik xəstəliklərə qarşı peyvəndləmə aparıb
Bizi izləyin

Qırmızı.az

Nazirlik xəstəliklərə qarşı peyvəndləmə aparıb

Kənd Təsərrüfatı Nazirliyi həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək məqsədi ilə ötən il 1.090.629 baş iri buynuzlu, 299.235 baş xırda buynuzlu heyvandan, o cümlədən 138.444 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bruselyoz xəstəliyinə qarşı 1.476.297 baş xırda buynuzlu cavan heyvanlarda Rev-1 vaksini ilə profilaktik peyvəndləmə aparılıb. Bununla yanaşı, epididimit xəstəliyinə görə 104.241 baş törədici qoç, vərəm xəstəliyinə görə 355.287 baş iri buynuzlu heyvanlar diaqnostik müayinəyə cəlb olunub.

Nazirlik ötən il ümumilikdə 2.931.768 baş iri buynuzlu, 7.516.383 baş xırda buynuzlu, 97.335 baş tək dırnaqlı heyvanı, dabaq xəstəliyinə qarşı 2.860.000 baş iri buynuzlu, 4.830.660 baş xırda buynuzlu heyvanı, quduzluq xəstəliyinə qarşı 251.135 baş ev itlərində, Leptospiroz xəstəliyinə qarşı 732.193 baş iri buynuzlu heyvanı peyvənd edib.

Bunadan başqa, 424.644 baş xırda buynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 7.810.180 baş davarda, Nodulyar dermatit xəstəliyinə qarşı 2.178.145 baş iri buynuzlu heyvanda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 16.409.389 baş quşlarda H vaksini ilə, 26.085.244 baş quşda isə La-Sota vaksini ilə profilaktiki peyvəndləmələr aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm