Bu testlərdə səhvlər var - TQDK-dan XƏBƏRDARLIQ - FOTO
Bizi izləyin

Qırmızı.az

Bu testlərdə səhvlər var - TQDK-dan XƏBƏRDARLIQ - FOTO

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası müxtəlif nəşrləri, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakıda, ölkənin digər şəhər və rayonlarında satışını təşkil edənlərin fəallaşması barədə məlumat yayıb.

TQDK-dan Publika.az-a verilən məlumatda bildirilir ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir: “Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Belə üsulla hazırlanmış saxta nəşrlərdən biri də şəkildə təqdim olunan, 2015-ci ildə nəşr edilmiş "Test toplusu 1994-2015" seriyasından Azərbaycan dili fənni üzrə test toplusunun II hissəsidir. Bu saxta nəşrin üzlüyündə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının adı belə düzgün yazılmayıb”.

Məlumatda deyilir ki, bu cür saxta nəşrlərin məzmununa görə TQDK məsuliyyət daşımır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm