Auditorlar Palatası ilə Qafqaz Universiteti arasında saziş imzalanıb – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Auditorlar Palatası ilə Qafqaz Universiteti arasında saziş imzalanıb – FOTOLAR

Azərbaycanın Auditorlar Palatası və Qafqaz Universiteti arasında imzalanan sazişə əsasən audit üzrə mütəxəssislərin hazırlanması, auditor işinin nəzəriyyə və praktikasının inkişaf etdirilməsi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı əlaqələrin zəruriliyi nəzərdə tutulub.

Publika.az-ın məlumatına görə, tərəflər sazişdə nəzərdə tutulmuş kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasların artırılması, maliyyə, mühasibat uçotu və audit sahələrində elmi tədqiqatların aparılması, qarşılıqlı məsləhətləşmə və ekspertizaların həyata keçirilməsi, informasiya mübadiləsinin bərqərar edilməsi, regional və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi kimi əsas məqsədlərə nail olunmasından ötrü tərəflərin professional imkanlarının genişləndirilməsinə yönəldilmiş qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün öz səylərini birləşdirirlər.

Sazişə əsasən mühasiblərin və auditorların hazırlığı üzrə beynəlxalq proqramların mənimsənilməsi də daxil olmaqla, onlara təlim verilməsi sahəsində müştərək layihələrin həyata keçirilməsi. məzunların hazırlığı və onların işə düzəldilməsi üzrə müştərək proqramların reallaşdırılması, onların akademik və professional fəallığının stimullaşdırılması, təhsil zamanı əldə etdikləri biliklərin praktik istiqamətlərinin və konkretləşdirilməsinin gücləndirilməsi, razılaşdırılmış proqramlar üzrə Auditorlar Palatasının struktur bölmələrində Qafqaz Universiteti tələbələrinin istehsalat və diplomqabağı praktikasının təşkili və keçirilməsi, tələbə elmi konfranslarının təşkilində iştirak, kurs və diplom işlərinin hazırlanması üçün bazanın təqdim olunması, Auditorlar Palatası onun üçün maraq kəsb edən mövzular üzrə tələbə elmi konfranslarının təşkilində iştirak, Auditorlar Palatası audit tematikası üzrə ən yaxşı kurs və diplom işləri üçün birdəfəlik mükafatların təyin edilməsi, Auditorlar Palatası öz bazasında onun üçün maraq kəsb edən diplom işlərinin yazılmasında təcrübə keçən tələbələrə şərait yaratmağı öz öhdəsinə götürməsi də nəzərdə tutulanlar arasındadır.

Sazişin bağlanmasında hər iki tərəfdən nümayəndələr iştirak ediblər. Onlar əməkdaşlığın əhəmiyyətindən danışıblar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm