• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Ali Məhkəmə Hacı Məmmədovun müraciətini araşdırır

Ali Məhkəmə Hacı Məmmədovun müraciətini araşdırır

Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun adından Ali Məhkəməyə ərizə daxil olub.

Ali Məhkəmədən APA-ya verilən məlumata görə, H. Məmmədov yeni açılmış hal üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hazırda öyrənilir. Ərizə hakim tərəfindən öyrənildikdən sonra müraciətin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazacaq.

Qeyd edək ki, "yeni açılmış hal" o deməkdir ki, məhkəmədə həmin cinayət işinə baxdıqda o hal məhkəməyə məlum olmur. Belə ki, məhkəmədə baxılan bir cinayət işi üzrə hansısa şahid yalan ifadə verərsə, ekspert yalan rəy təqdim edərsə və bu zaman məhkəmə onların yalan danışdığını müəyyən etməzsə, sonradan təqsirləndirilən şəxs, zərərçəkmiş tərəf, yaxud prokuror Ali Məhkəməyə müraciət edərək həmin halın araşdırılmasını xahiş edə bilər.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR