Qırmızı.az
Azərbaycan Rusiya gəmilərini niyə saxladı?
Xəzərin Azərbaycan sektorunda saxlanılan Rusiya bayrağı altında üzən "Vətən-1" və "Zanqan-1" yük gəmiləri indiyədək Azərbaycanın ərazi sularını tərk edə bilməyiblər.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib. Onun sözlərinə görə, hər iki gəmi Azərbaycan tərəfindən müəyyən edilən konkret texniki uyğunsuzluqlara malikdirlər. Bundan başqa, indiyədək liman ödəmələri şəklində kommersiya məsələləri də həll edilməyib. E.Rəhimov deyib ki, yük gəmiləri beynəlmiləl heyətə malikdir və eyni gəmi sahibinə məxsusdur:
"Hər iki gəmi texniki uyğunsuzluqların aradan qaldırılmasından və kommersiya öhdəliklərinin yerinə yetirilməsindən sonra Xəzərin Azərbaycan sektorunu tərk edə bilər". Rəis müavininin sözlərinə görə, bundan əvvəl müəyyən olunmuş öhdəlikləri yerinə yetirməyən "Qəhrəman-1" gəmisi Azərbaycanın ərazi sularını tərk edib. O, qeyd edib ki, Azərbaycan tərəfinin irəli sürdüyü öhdəliklərin yerinə yetirilməyəcəyi halda sonrakı reyslər zamanı bu yük gəmisi barəsində konkret ölçülər götürüləcək. Göstərilən gəmilərin hamısı "BTS-Trans" şirkətinə məxsusdur və Rusiya-Azərbaycan marşrutu üzrə sement klinkerinin daşınması ilə məşğuldur.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK